Avtomaşın qaçırmış Zaqatala rayon sakini Mesed Abdullayeva tutulmuşdur
11.06.2013İyunun 12-də Nizami rayonu Q.Qarayev prospektindən Nurlan Vəliyevə məxsus "VAZ-2104" markalı avtomaşın qaçırılmışdır. Avtomaşın həmin gün M.Abbasov küçəsində əzilmiş vəziyyətdə tapılmışdır.
Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Zaqatala rayon sakini Mesed Abdullayeva tutulmuşdur.