Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi
11.06.2013İyunun 12-də saat 13.20 radələrində Sumqayıt şəhəri ərazisində Bakı şəhər sakini Həmzə Kərimovun idarə etdiyi "QAZel" markalı və Sumqayıt şəhər sakini Asif Məmmədovun idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və A.Məmmədovun sərnişinləri, Sumqayıt şəhər sakinləri Fərid Məmmədov və Vaqif Quliyev xəstəxanaya yerləşdirilmişlər. F.Məmmədov orada ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.