Cəlilabad rayon sakini Cəfər Bağırlıya bıçaqla xəsarət yetirmiş Cəlilabad rayon sakini Elşən Bağırzadə tutulmuşdur
09.06.2013İyunun 9-da Binəqədi rayonu ərazisindəki "Zəngəzur" şadlıq sarayının qarşısından Cəlilabad rayon sakini Cəfər Bağırlı bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilmişdir. Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Cəlilabad rayon sakini Elşən Bağırzadə tərəfindən törədilməsi müəyyən edilmiş və o, tutulmuşdur.