Culfa rayonunun Camaldın kəndi ərazisində yol-nəqliyyat hadisəsi
09.06.2013İyunun 10-da saat 05.00 radələrində Culfa rayonunun Camaldın kəndi ərazisində Kəngərli rayon sakini Fərman Süleymanovun idarə etdiyi "VAZ-21154" markalı və Naxçıvan şəhər sakini Məmməd Dövlətovun idarə etdiyi "NAZ Lıfan C-620" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış hər 2 sürücü və F.Süleymanovun sərnişinləri, atası Məmməd, qızları Nəsrin, Nəzrin, habelə M.Dövlətovun sərnişinləri, Ordubad rayon sakinləri Raisa Məmmədova və onun qızı Günel xəstəxanaya yerləşdirilmişlər. F.Süleymanov, Məmməd, Nəsrin və Nəzrin orada ölmüşlər.
Culfa RPŞ tərəfindən araşdırma aparılır.