Gün ərzində 45 cinayət faktı qeydə alınmışdır
08.06.2013Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 45 cinayət faktı qeydə alınmış, onların da 19-u “isti izlər”lə açılmışdır.
- Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 9 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
- Respublikanın avtomobil yollarında 13 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 25 nəfər yaralanmışdır.
- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5 fakt müəyyən edilmişdir.
- Cinayət törətdiklərinə görə 20 nəfər tutulmuşdur.