Bərdə rayonunun Göyüşlü kəndi ərazisində yol-nəqliyyat hadisəsi
08.06.2013İyunun 9-da saat 11.00 radələrində Bərdə rayonunun Göyüşlü kəndi ərazisində Ramazan Qasımovun idarə etdiyi "VAZ-2107" markalı, rayon sakini Vidadi Əhmədovun idarə etdiyi "VAZ-21063" markalı və Bakı şəhər sakini Elnur Cəfərovun idarə etdiyi "Toyota" marklı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Cəfərovun sərnişini, Bakı şəhər sakini Hicran Əliyeva hadisə yerində ölmüş, xəsarət almış özü və digər sərnişinləri, arvadı Jalə, oğlu. Nicat, qızı Selcan, habelə V.Əhmədov xəstəxanaya yerləşdirilmişlər.
Bərdə RPŞ tərəfindən araşdırma aparılır.