Xuliqanlıq etmiş Bakı şəhər sakini Samir Əliyevin tutulması üçün əməliyyat-axtarış tədbirləri aparılır
08.06.2013İyunun 9-da Sabunçu rayonu M.Fətəliyev küçəsində Bakı şəhər sakini Samir Əliyev naməlum şəxslə mübahisə edərkən xuliqanlıq zəminində ov tüfəngindən 2 dəfə atəş açaraq həmyerlisi İlqar Hüseynova məxsus “Opel” markalı avtomaşının arxa şüşəsini sındırıb özünə məxsus “Lada-Priora” markalı avtomaşında hadisə yerindən qaçmışdır.
Hadisə yerinə baxış zamanı 2 ədəd giliz götürülmüşdür.
S.Əliyevin tutulması üçün Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.