"Tornado-Ş" MMC-nin anbarından 2 ton metal qırıntılarını oğurlamağa cəhd etmiş oranın mühafizəçiləri Əmrah Mustafayev və Vüsal Cəlilov tutulmuşlar
05.06.2013Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 3-nə keçən gecə Balaxanı qəsəbəsi ərazisində "Tornado-Ş" MMC-nin anbarından 2 ton metal qırıntılarını oğurlayıb Bakı şəhər sakini Vəli Musayevə məxsus "QAZel" markalı avtomaşına yükləyərək aparmağa cəhd göstərmiş oranın mühafizəçiləri Əmrah Mustafayev və Vüsal Cəlilov tutulmuşlar.