Ağdaş rayonunun Aşağı Neymətabad kəndi ərazisində yol-nəqliyyat hadisəsi
05.06.2013İyunun 6-da saat 10.00 radələrində Ağdaş rayonunun Aşağı Neymətabad kəndi ərazisində kənd sakini Xaləddin Süleymanovun idarə etdiyi "Toyota" markalı və Samux rayon sakini Kamil İsmayılovun idarə etdiyi "Ford-Tranzit" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş X.Süleymanovun sərnişini, Aşağı Neymətabad kənd sakini Nazilə Süleymanova orada ölmüşdür.
BDYPİ tərəfindən araşdırma aparılır.