Sabunçu rayonu ərazisində yol-nəqliyyath hadisəsi
05.06.2013İyunun 6-da saat 13.00 radələrində Sabunçu rayonu ərazisində Bakı şəhər sakini Sərdar Əhmədovun idarə etdiyi "VAZ-21011" markalı və Sumqayıt ŞPİ-nin əməkdaşı, polis leytenantı Nəriman Nərimanovun idarə etdiyi "VAZ-21015" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış S.Əhmədov və sərnişinləri, Bakı şəhər sakinləri Xəyal Həsənov, Əli Paşayev xəstəxanaya, N.Nərimanov və sərnişinləri, Sumqayıt ŞPİ-nin əməkdaşları, polis kapitanı Bəbir Alxanlı, polis serjantı Tural Məmmədov və baş serjant Çingiz Azadəliyev isə DİN-in Hospitalına yerləşdirilmişlər.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.