Suraxanı rayonu Zığ qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
01.06.2013İyunun 1-də saat 23.00 radələrində Suraxanı rayonu Zığ qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Akif Abbasov vurulmuşdur. Nəticədə xəsarət almış A.Abbasova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.