Nərimanov rayonu Təbriz küçəsində yol-nəqliyyat hadisəsi
01.06.2013İyunun 2-də saat 17.15 radələrində Nərimanov rayonu Təbriz küçəsində Bakı şəhər sakini Orxan Həsənli idarə etdiyi “Mercedes” markalı avtomaşınla Ramil Babayev və Əminə Əhmədovanı vurub hadisə yerindən qaçmışdır. Nəticədə xəsarət almış R.Babayevə və Ə.Əhmədovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar. Nərimanov RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində O.Həsənli saxlanılmışdır. Araşdırma aparılır.