Avtomaşın qaçırmış Lənkəran rayon sakinləri İlkin Kazımlı və Tərlan Səmədov tutulmuşlar
31.05.2013Cari il may ayının 31-də Lənkəran şəhər ərazisindən Şahin Bağırova məxsus qaçırılmış "VAZ-2104" markalı avtomaşın iyun ayının 1-də H.Aslanov küçəsində tapılmışdır.
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomaşını qaçırmış Lənkəran rayon sakinləri İlkin Kazımlı və Tərlan Səmədov tutulmuşlar.
Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.