Tərtər rayonunun Düyərli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
31.05.2013İyunun 1-də saat 13.00 radələrində Tərtər rayonunun Düyərli kəndi ərazisində İrəvanlı kənd sakini Xansuvar Qəribovun idarə etdiyi "Opel" markalı və Ağcabədi rayon sakini Samir Abdunovun idarə etdiyi "VAZ-21063" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə X.Qəribovun xəsarət almış sərnişini, qızı Vüsalə, habelə S.Abdunov və sərnişinləri, həmyerliləriləri Ramil Hüseynov və Reyhan Quliyeva xəstəxanaya yerləşdirilmişlər.
Tərtər RPŞ tərəfindən araşdırma aparılır.