Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində yol-nəqliyyat hadisəsi
22.05.2013Mayın 23-də saat 17.55 radələrində Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsinin ərazisində qəsəbə sakini Musa Musayevin idarə etdiyi "KamAZ" markalı və İnşaatçılar qəsəbə sakini Sahib Məmmədovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə S.Məmmədov və sərnişinləri, Sumqayıt şəhər sakinləri Xanqulu Cəbiyev və Səməd Allahverdiyev hadisə yerində ölmüşlər.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.