Binəqədi rayonu Ə.Naxçıvani küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yol-nəqliyyat hadisəsi
22.05.2013Mayın 23-də saat 00.48 radələrində Binəqədi rayonu Ə.Naxçıvani küçəsi ilə Azadlıq prospektinin kəsişməsində müəyyən edilməmiş avtomaşınla yolu keçən Bakı şəhər sakinləri Sevda İsayeva, Səbinə Əhmədova və Fərəh Rəhimzadə vurulmuşlar. Nəticədə xəsarət almış piyadalara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Binəqədi RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəsinin "Chevrolet" markalı avtomaşının sürücüsü, Bakı şəhər sakini Ağaşirin Qarayev tərəfindən törədilməsi müəyyən edilmişdir.
RPİ tərəfindən araşdırma aparılır.