Ağstafa rayonunun Aşağı Göyçəli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
22.05.2013Mayın 23-də saat 19.00 radələrində Ağstafa rayonunun Aşağı Göyçəli kəndi ərazisində Aşağı Kəsəmən kənd sakini Şahbaz Binnətov idarə etdiyi "Niva" markalı avtomaşını aşırmışdır. Nəticədə xəsarət almış Ş.Binnətov və sərnişinləri, Aşağı Kəsəmən kənd sakinləri Rafiq Abdullayev, Qayıbəli Qurbanov, Afiq Abdullayev və Abil Bodurov xəstəxanaya yerləşdirilmişlər.
Ağstafa RPŞ tərəfindən araşdırma aparılır.