Abşeron rayonu Masazır qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
15.05.2013Mayın 16-da saat 08.00 radələrində Abşeron rayonu Masazır qəsəbəsinin ərazisində müəyyən edilməmiş avtomaşınla qəsəbə sakini Hidayət Qarayev vurulmuşdur. Nəticədə xəsarət almış H.Qarayev xəstəxanaya yerləşdirilmişdir.
Abşeron RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "VAZ-21074" markalı avtomaşının sürücüsü, Xırdalan şəhər sakini Elşad Məmmədov tərəfindən törədilməsi müəyyən edilmiş və o, saxlanılmışdır.
Abşeron RPŞ tərəfindən araşdırma aparılır.