Beyləqan rayon sakini Çingiz Ağayev bədbəxt hadisə nəticəsində ölmüşdür
15.05.2013Mayın 16-da İmişli rayonunun Vətağa kəndində Beyləqan rayon sakini Çingiz Ağayev istifadə olunmayan dəmir yolu xəttinin üzərində mexaniki araba ilə hərəkətdə olarkən araba Qarabağ su kanalına aşmışdır. Ç.Ağayev hadisə yerində ölmüş və görülmüş tədbirlər nəticəsində onun meyiti kanaldan çıxarılmışdır.