Avtomaşın qaçırmış Bərdə rayon sakinləri İntiqam Əmiraslanov və onun qardaşı Məhərrəm tutulmuşlar
14.05.2013Mayın 15-də Bərdə rayonu ərazisindən Laçın rayon sakini Azər Verdiyevə məxsus "VAZ-2106" markalı avtomaşın qaçırılmışdır. Avtomaşın həmin gün Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Yevlax rayonu ərazisində saxlanılmış və onu qaçırmış Bərdə rayon sakinləri, əvvəllər məhkum olunmuşlar İntiqam Əmiraslanov və onun qardaşı Məhərrəm tutulmuşlar.