Suraxanı rayonu ərazisində yol-nəqliyyat hadisəsi
14.05.2013Mayın 15-də saat 15.25 radələrində Suraxanı rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini Zeynal Abdullayevin idarə etdiyi "Daevoo" markalı avtomaşın toqquşmuşdur. Nəticədə xəsarət almış Z.Abdullayevə və sərnişini, arvadı Aybənizə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışlar.
Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.