Sumqayıt şəhəri ərazisində "Azərboru" ASC-nin həyətindəki transformatordan əlvan metal kontaklarını sökülərək oğurlayanların şəxsiyyəti müəyyən edilmişdir
07.05.2013Mayın 1-dən 5-dək olan müddət ərzində Sumqayıt şəhərinin ərazisində "Azərboru" ASC-nin həyətindəki transformatordan 52 ədəd əlvan metal kontakları sökülərək oğurlanmışdır.
Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğun "Azərboru" ASC-nin mühafizəçiləri Pərviz Kərimov və Elşad Mustafayev tərəfindən törədilməsi müəyyən edilmişdir.