Yardımlı rayon sakini R.Cabbarov tərəfindən məktəb binası ərazisindən tikinti materiallarının oğurlanması müəyyən edilmişdir
07.05.2013Yardımlı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 7-də "Reyhan Müəssisəsi" MMC tərəfindən tikintisi başa çatmamış məktəb binasının ərazisindən 100 ədəd mişar daşının, taxtanın və armaturun Ostair kənd sakini, əvvəllər məhkum olunmuş Ramiz Cabbarov tərəfindən oğurlanması müəyyən edilmişdir.