Avtomaşın qaçırmış Lənkəran şəhər sakinləri Tərlan Səmədov və İlham Həsənli tutulmuşlar
06.05.2013Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 4-də Yadigar Əliyevə məxsus "VAZ-21074" markalı avtomaşını qaçırmış şəhər sakinləri Tərlan Səmədov və İlham Həsənli tutulmuşlar. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların, Seyfullabəy Mirzəzadəyə məxsus "VAZ-21115" markalı avtomaşını, Dəyanət Tahirova məxsus "VAZ-2106" markalı avtomaşından maqnitofonunu oğurlamaları, eləcə də Natiq Abbasova, Fəzayıl Abbasova, Hafiz Quliyevə və Ədalət Qasımova məxsus "VAZ" markalı avtomaşınları isə qaçırmaları müəyyən edilmişdir.