Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Zabrat-Pirşağı yolunun 29-cu km-də qorunmayan keçiddə qəza hadisəsi

06.05.2013

Mayın 7-də saat 22.55 radələrində Zabrat-Pirşağı yolunun 29-cu km-də qorunmayan keçiddə Samux rayon sakini Habil Quliyev idarə etdiyi "Shacman" markalı avtomaşını Bakı-Moskva sərnişin qatarına vurmuşdur. Nəticədə xəsarət almış H.Quliyev, habelə maşinist Tofiq Dünyamalıyev, maşinist köməkçisi Şəmsəddin Babayev və vaqon bələdçisi, Rusiya Federasiyası vətəndaşı Aleksandr Qusev xəstəxanaya yerləşdirilmişlər. H.Quliyevin, T.Dünyamalıyevin, Ş.Babayevin vəziyyətləri qənaətbəxş, A.Qusevə isə ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.

Qatarların hərəkəti mayın 8-də saat 02.15 radələrində bərpa olunmuşdur.

Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırmalar aparılır.