Ramana qəsəbə sakinləri Əli Qənbərlinin və Ramil Bayramovun meyiti tapılmışdır
26.04.2013Aprelin 27-də Sabunçu rayonu Ramana qəsəbəsinin ərazisindəki Şuşa şəhərciyində Samux rayon sakini Xəzəngül Əhmədovaya məxsus tikintisi başa çatmamış birmərtəbəli evin tavanından asılmış 18-20 yaşlı 2 kişi meyiti tapılmışdır.
Araşdırmalar zamanı həmin şəxslərin Ramana qəsəbə sakinləri, 1995-ci il təvəllüdlü Əli Qənbərli və aprelin 26-da itkin düşmüş, 1995-ci il təvəllüdlü Ramil Bayramov olmaları müəyyən edilmişdir.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.