Buzovna qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi
26.04.2013Aprelin 27-də saat 13.00 radələrində Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini Əli Əliyev idarə etdiyi "BMW" markalı avtomaşınla həmin ərazidə xidmət aparan Xəzər RPİ DYPŞ-nin inspektoru, polis serjantı Famil Əhmədovu vurmuş və hadisə yerindən qaçmışdır. Nəticədə xəsarət almış F.Əhmədov DİN-nin A.Heydərov adına Hospitalına yerləşdirilmişdir.
Bakı BPİ DYPİ-nin əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində hadisəni törətmiş Ə.Əliyev tutulmuşdur.