Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Ağdaş rayonunun Ləki qəsəbəsindəki "Ləki" restoranında pnevmatik tapançadan atəş açaraq E.Qasımova xəsarət yetirmiş Ş.Həsənov və onunla birgə olan digər iki şəxs tutulmuşlar

11.04.2013

Aprelin 12-də Ağdaş rayonunun Ləki qəsəbəsindəki "Ləki" restoranında Qolqəti kənd sakini Şakir Səmədov, Ucar rayon sakini Mehman Məmmədov, Göyçay rayon sakinləri Etibar Qasımov, İlqar Əliyev və Rusiya Federasiyası vətəndaşı Şöhrət Həsənov arasında münaqişə baş vermişdir. Bu zaman Ş.Həsənov pnevmatik tapançadan atəş açaraq E.Qasımova, E.Qasımov isə şüşə parçası ilə Ş.Həsənova xəsarət yetirmişlər.

Sonradan Ş.Həsənov və Ş.Səmədov köməyə çağırdıqları Ağdaş rayon sakini Pərviz Ağayevə məxsus "HERTON" markalı avtomaşında hadisə yerindən getmişlər.

Ağdaş RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avtomaşın Ləki qəsəbəsi ərazisində saxlanılmış, Ş.Həsənov, Ş.Səmədov və P.Ağayev  tutulmuşlar.

Avtomaşına baxış zamanı 1 ədəd pnevmatik tapança aşkar edilərək götürülmüşdür.

Faktla əlaqədar cinayət işi başlanmışdır.

İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

11.04.2013 tarixinə olan kriminal məlumatlar