Göygöl rayonu ərazisində "VAZ-2107" və "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur
11.04.2013Aprelin 12-də saat 17.10 radələrində Göygöl rayonu ərazisində Çingiz Rzayevin idarə etdiyi "VAZ-2107" markalı və Füzuli qəsəbə sakini Tural Alıyevin idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə xəsarət almış Ç.Rzayev və sərnişini Yalçın Orucov xəstəxanaya yerləşdirilmişlər. Ç.Rzayev orada ölmüşdür.
Göygöl RPŞ tərəfindən araşdırma aparılır.