Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Xırdalan şəhərinin ərazisindəki "Stara Praqa" kafesində kazino-qumarxana təşkil edilməsi müəyyən edilmişdir

10.04.2013

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Xırdalan şəhərinin ərazisində şəhər sakini Məhərrəm Aliyarovun icarəyə götürdüyü "Stara Praqa" kafesində kazino-qumarxana təşkil etməsi müəyyən edilmişdir.

Kafeyə baxış zamanı kazino təşkili üçün 11 ədəd kompyuter dəsti, 1 ədəd server-prosessor, 1 ədəd modem, uduşa qoyulmuş pul və digər əşyalar aşkar edilərək götürülmüşdür.

Araşdırma aparılır.

10.04.2013 tarixinə olan kriminal məlumatlar