Martın 31-də Bakı şəhər sakini Z.Kazımovun mənzilindən oğurluq etmiş şəxslər tutulmuşlar
10.04.2013Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində martın 31-də Bakı şəhər sakini Ziya Kazımovun mənzilindən 1 ədəd noutbuk, 1 ədəd mobil telefon, 1 ədəd videokamera, qızıl və geyim əşyalarını oğurlamış Hacıqabul rayon sakini Xələş Həşimov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Azad İbrahimov tutulmuşlar.