Yevlax rayonunun Əmrah kəndi ərazisində yol-nəqliyyat hadisəsi
10.04.2013Aprelin 11-də saat 10.50 radələrində Yevlax rayonunun Əmrah kəndi ərazisində İsmayıllı rayon sakini Şamil Alıyevin idarə etdiyi "VAZ-2101" markalı, Sumqayıt şəhər sakini Lətif Pirnəzərovun idarə etdiyi "Mitsubishi" markalı və Türkiyə vətəndaşı Şeref Gürsoyun idarə etdiyi "DAF FTXF-105" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə Ş.Alıyevin xəsarət almış sərnişinləri - İsmayıllı rayon sakinləri Elşən Əliyev və onun qardaşı Şirəli xəstəxanaya yerləşdirilmişlər.
BDYPİ tərəfindən araşdırma aparılır.