Aprelin 9-da Bakı şəhər sakini B.Ələkbərlini döymüş və bıçaqla hədələyərək mobil telefonunu ondan almış şəxslər tutulmuşlar
09.04.2013Aprelin 9-da paytaxtın Nizami rayonu ərazisində 2 naməlum şəxs Bakı şəhər sakini Bəyaz Ələkbərlini döymüş və bıçaqla hədələyərək mobil telefonunu ondan almışdır.
Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Elşad Axundov Qabil və Əliyev tutulmuşlar.