Lənkəran şəhərinin Girdəni kəndi ərazisində yol-nəqliyyat hadisəsi
09.04.2013Aprelin 10-da saat 20.00 radələrində Lənkəran şəhərinin Girdəni kəndi ərazisində kənd sakini Sakit Bayramovun idarə etdiyi "VAZ-2107" markalı və Lənkəran şəhər sakini Cavanşir Tahirovun idarə etdiyi "VAZ-2107" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə C.Tahirovun sərnişini - Vilvan kənd sakini Qadir Rzayev hadisə yerində ölmüş, xəsarət almış C.Tahirov, habelə S.Bayramov və sərnişinləri - Girdəni kənd sakini İdrak Paşayev və Osaküçə kənd sakini Arzu Mirzəyev xəstəxanaya yerləşdirilmişlər.
Lənkəran ŞRPŞ tərəfindən araşdırma aparılır.