Respublikanın daxili işlər orqanları tərəfindən 19 cinayət faktı qeydə alınmışdır
28.12.2006- Respublikanın daxili işlər orqanları tərəfindən 19 cinayət faktı qeydə alınmışdır ki, onların da 14-ü "isti izlər"lə açılmışdır. - Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir. - Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermişdir ki, nəticədə 7 nəfər yaralanmışdır. - 13 yanğın hadisəsi qeydə alınmışdır ki, nəticədə 1 nəfər ölmüş, 3 nəfər isə yaralanmışdır. - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir. - Cinayət törətdiklərinə görə 34 nəfər tutulmuşdur.