DİO əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülmüşdür
28.12.2006Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Miqrasiya Xidməti əməkdaşlarının keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, Mingəçevir şəhər sakini Gündüz Baxşəliyevdən 192,5 qram həşiş, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Araz Xudatzadədən 0,244 qram heroin götürülmüşdür. Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Qımıqışlaq kənd sakini Rac Tarıverdiyevdən 3,2 qram marixuana götürülmüşdür. Narkotik vasitəni ona satmış həmkəndlisi Şahin Əkbərov tutulmuşdur. Dəvəçi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, şəhər sakini, əvvəllər məhkum olunmuş Kazım Ağasiyevdən 1 qram tiryək, içərisində 1 qram tiryək məhlulu olan şpris və 7 ədəd dimedrol həbləri götürülmüşdür.