Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsi ərazisində baş vermiş münaqişə zamanı bir nəfər odlu silahdan açılan atəşdən ölmüşdür
18.03.2013Martın 18-də Şirvan şəhərinin Hacıqəhrəmanlı qəsəbəsi ərazisində, qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş Əlvan Abdullayev, onun qardaşı Rəşad, Zaur Aşurov, onun qardaşı Davud və Salyan rayon sakini Yasər Nağdəliyev arasında münaqişə baş vermişdir. Bu zaman Rəşad, Davud və Y.Nağdəliyev biri-birilərini döydüklərindən müxtəlif dərəcəli bədən xəsarətləri almış, Ə.Abdullayev isə ov tüfəngindən atəş açaraq Z.Aşurovu qətlə yetirmişdir. Ə.Abdullayev Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur.