Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Saxta əskinaslar satarkən cinayətkar dəstə tutulmuşdur

18.03.2013

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində, Müşfiqabad qəsəbə sakinləri İlham Hüseynov, Elnur Rəsulov, Rüstəm Cəfərov 25 ədəd 100, 17 ədəd 50, 21 ədəd 20, 8 ədəd 10 və 10 ədəd 5 manatlıq saxta əsginazları (3900) 1150 manata satarkən tutulmuşlar. İ.Hüseynovun üzərinə baxış zamanı əlavə 2 ədəd 100, 3 ədəd 50, 6 ədəd 20 və 3 ədəd 10 manatlıq, habelə "Mercedes" markalı avtomaşınında 186 ədəd 100, 7 ədəd 50, 8 ədəd 20 və 1 ədəd 5 manatlıq saxta əsginazlar aşkar edilərək götürülmüşdür. R.Cəfərovun evinə baxış zamanı 1 ədəd rəngli printer, 1 ədəd noutbuk, 1 ədəd kağızkəsən alət, müxtəlif nominallarda olan natamam əskinazlar və rənglər aşkar edilərək götürülmüşdür.

18.03.2013 tarixinə olan kriminal məlumatlar