Mingəçevir şəhəri ərazisində "VAZ-21074" markalı avtomaşın motosikletlə toqquşmuşdur
15.03.2013Martın 15-də saat 21.00 radələrində Mingəçevir şəhəri ərazisində, şəhər sakini Aydın İbrahimovun idarə etdiyi "VAZ-21074" markalı avtomaşınla Yevlax rayon sakini İbrahim Məmmədovun idarə etdiyi motosiklet toqquşmuşdur. Nəticədə motosikiletçi hadisə yerində ölmüş, xəsarət almış digər sürücü isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.