İmişli rayonunun Rəsullu kəndi ərazisində yol-nəqliyyat hadisəsi
15.03.2013Martın 15-də saat 10.40 radələrində İmişli rayonunun Rəsullu kəndi ərazisində, rayon sakini Zaur Əliyev "Mercedes" markalı avtomaşını idarə edərkən, onu maneəyə vurmuşdur. Nəticədə sərnişin Nuridə Allahverdiyeva aldığı xəsarətdən hadisə yerində ölmüş, xəsarət almış sürücü və digər sərnişinləri isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.