Avtomaşınlardan oğurluğa cəhd göstərmiş Bakı şəhər sakini Elturan Yusifov tutulmuşdur
05.03.2013Martın 5-nə keçən gecə Nəsimi rayonu ərazisində Bakı şəhər sakinlərii Sevinc Qarayevaya məxsus "Nissan" markalı, Cəlal Çaxalova məxsus "Mercedes" markalı, Elmira Xankişiyevaya məxsus "KİA" markalı, Həsən Kərimova məxsus "Opel" markalı, Fəridə İmanovaya məxsus "Hyundai" markalı və Kəmalə Məmmədovaya məxsus "Mitsubishi" markalı avtomaşınlardan şüşəni sındırmaq yolu ilə oğurluğa cəhd göstərilmişdir.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elturan Yusifov tutulmuşdur.
Nəsimi RPİ 19-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elturan Yusifov tutulmuşdur.