Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisində yol-nəqliyyat hadisəsi
05.03.2013Martın 5-də saat 17.00 radələrində Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisində kənd sakinləri Baba Alıyevin idarə etdiyi "Mercedes C-240" markalı və Etibar Abbasovun idarə etdiyi "Mercedes-190" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə E.Abbasovun sərnişinlərindən həmkəndlisi İbadət Quliyev hadisə yerində ölmüş, xəsarət almış qardaşı Yasin Quliyev isə xəstəxanaya yerləşdirilmişdir.
DİN BYPİ tərəfindən araşdırma aparılır.
DİN BYPİ tərəfindən araşdırma aparılır.