Biləsuvar rayon sakini Musa Qasımovdan və onun oğlu Əlidən satış məqsədi ilə əldə etdikləri narkotik vasitələr götürülmüşdür
25.02.2013Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, Yardımlı RPŞ və Biləsuvar RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakini, əvvəllər məhkum olunmuş Musa Qasımovdan və onun oğlu Əlidən satış məqsədi ilə əldə etdikləri 2 kiloqram 35 qram həşiş, 2 kiloqram 258 qram tiryək və 0,486 qram "Metodon" götürülmüşdür.