Quldurluq etmiş Qazax rayonunun 1-ci Şıxlı kənd sakini Oruc Mahmudov tutulmuşdur
25.02.2013Fevralın 25-də saat 02.00 radələrində Qazax rayonunun 1-ci Şıxlı kəndi ərazisindəki "Uğur-Petrol" yanacaq doldurma məntəqəsinə gəlmiş maskalı naməlum şəxs orada operator işləyən Akif Hüseynovu ov tüfəngi ilə hədələyərək, yerə uzanmasını tələb etmiş, A.Hüseynov maskanı onun başından çıxartdığından hadisə yerindən qaçmışdır. Qazax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni sərxoş halda törətmiş, kənd sakini Oruc Mahmudov tutulmuşdur.