Nəsimi rayonu ərazisində "MAN" markalı avtomaşınla paytaxt sakini G.Dostəliyeva vurulmuşdur
22.02.2013Fevralın 22-də saat 12.50 radələrində, Nəsimi rayonu ərazisində, Beyləqan rayon sakini Cəfər Qənbərov "MAN" markalı avtomaşını idarə edərkən yolu keçən şəhər sakini Gülənbər Dostəliyevanı vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.