Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domeni (məsələn, mia.gov.az) vasitəsilə əlaqə qurur.

Xidmət təminatçıları siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.

Faydalı Linklər
Görmə çətinliyi olanlar üçün:

Sumqayıt şəhər sakini R.Həsənzadənin dələduzluq yolu ilə iki nəfərdən böyük məbləğdə pul alması müəyyən edilmişdir

22.02.2013

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhər sakini Ramil Həsənzadənin vəzifəli şəxslərin adlarından istifadə etməklə özünü mövcud olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yardım Məsələləri üzrə Dövlət Komissiyaının üzvü kimi təqdim edib, dövlət yardımı ayrılacağı adı ilə Sumqayıt-Bakı yolunun kənarındakı evlərdən birində yaşayan Cəbrayıl rayon sakini Aqil Həsənovdan 17500 manat, Binə qəsəbəsi ərazisindəki evlərdən birində yaşayan Barat Məhərrəmovdan isə 33600 manat pul alması müəyyən edilmişdir. Faktla əlaqədar cinayət işi başlanmışdır.