Şəmkir çayının Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi
21.02.2013Fevralın 21-də saat 11.30 radələrində Şəmkir çayının Çinarlı qəsəbəsi ərazisindən keçən hissəsindəki körpünün üstündə, rayon sakini Orxan Əlizadə "Mercedes" markalı avtomaşını idarə edərkən, onu qarşıda gedən Nərimanlı kənd sakini Elnur İbrahimovun idarə etdiyi "Niva" markalı avtomaşına vurmuş, idarəetməni itirdiyindən avtomaşın çaya aşmışdır. Nəticədə O.Əlizadə və sərnişinləri rayon sakinləri Vüqar Hüseynov və Məhəmməd Əliyev hadisə yerində ölmüşlər.