Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi
21.02.2013Fevralın 21-də saat 20.30 radələrində Binəqədi rayonu ərazisində, şəhər sakini Cavid Süleymanov "Hyundai" markalı avtomaşını idarə edərkən, Zərdab rayon sakini Zabit Rüstəmovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.