Şamaxı rayon sakini K.Şakirovun evində partlayış baş vermişdir
20.02.2013Fevralın 20-də saat 08.10 radələrində Şamaxı rayonunun Mədrəsə qəsəbə sakini Kamal Şakirovun evində təbii qazın sızmasından ani partlayış baş vermişdir. Nəticədə yanıq xəsarəti almış ev sahibi, arvadı Məqbulə, qardaşı Şakir, qohumları 1 yaşlı Rumeysə və Nəzirə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.