"Kolin İnşaat AŞ" şirkətinin həyətindən inşaat materialları oğurlamış Sabirabad rayon sakinləri S.Atakişiyev və İ.Abuşov tutulmuşlar
20.02.2013Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 19-da "Kolin İnşaat AŞ" şirkətinin həyətindən 750 manat dəyərində inşaat materialları oğurlamış Qalaqayın kənd sakinləri Savalan Atakişiyev və İlham Abuşov tutulmuşlar.